14 dekabr 2014 00:00
Subaşiç oynadı, komandası yenə xal itirdi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Subaşiç bu oyuna start heyətdə başlayıb. O, 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 11 xalla 17-ci sırada qərarlaşıb.
