13 dekabr 2014 13:30
Əsədov: Uğursuz gedişata son qoymalıyıq
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq dörd turdur ki, komanamız qələbə qazana bilmir. Bunun da öz səbəbləri vardı. "Sumqayıt"la oyun bu baxımdan bizim üçün çox vacibdir. Bizim üçün uğursuz gedişata son qoymaq lazımdır. Əlbəttə, rəqib də sıradan komanda deyil. Birinci turda onları minimal hesabla məğlub etmişdik. Həmin oyunda da bizə çətin olmuşdu. Bu dəfə də elə olacağına əminəm. Amma biz qələbəyə köklənmişik".
