13 dekabr 2014 13:10
Julius Vobay Sumqayıta qarşı oynamayacaq
"Neftçi"nin yarımmüdafiəçisi Julius Vobay Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt"a qarşı oynamayacaq. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu hazırda komanda ilə hazırlaşa bilmir.
Fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçinin oyuna hazır olmadığı bildirilir.
