13 dekabr 2014 00:55
AZAL Əsgər Abdullayevə tapşırıla bilər
AZAL-da baş məşqçi dəyişikliyi baş verə bilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Tərlan Əhmədovu istefaya göndərməyə hazırlaşır.
Onu isə bu postda Əsgər Abdullayevin əvəzləməsi gözlənilir. "Araz Naxçıvan"ın dağılmasından sonra işsiz qalan mütəxəssis yenidən köhnə klubunun sükanı arxasına keçə bilər.
Qeyd edək ki, Abdullayev 2006-2009-cu illər aralığında bu komandada çalışıb.
