13 dekabr 2014 00:35
Qarabağ Qəbələ ilə matçın favoritidir
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Qarabağ"ı "Qəbələ" ilə qarşılaşmanın favoriti hesab edir. "Xəzər Lənkəran" "Bakı"yla, "Neftçi" "Sumqayıt"la oyunun favoritidir.
Baş tutacaq bütün görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Topaz Premyer Liqası
16-cı tur
Bakı - Xəzər Lənkəran (4.30 — 3.40 — 1.60)
Qəbələ - Qarabağ (3.40 — 3.30 — 1.80)
Neftçi - Sumqayıt (1.30 — 4.40 — 6.40)
