13 dekabr 2014 00:15

Topaz Premyer Liqasında 16-cı tur həyacanı

Bu gün və sabah Topaz Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 oyun Bakıda, biri isə paytaxtdan kənarda baş tutacaq.

İlk oyun günündə “Simurq” “İnter”i qəbul edəcək. 22-ci görüşədək oyunların yarısından çoxunda qalib gələn “İnter” son duellərdə də üstündür. Bu komandanın hesabında 15 qələbə var. Bakılılar ardıcıl 4 matçdır ki, rəqibindən qol buraxmır. 3 qarşılaşmada "Simurq" üstün tərəf olubsa, daha üç oyunda heç-heçə qeydə alınıb. Komandaların son 5 matçında isə qonaqlar ən azı 1 xal əldə edir. Top fərqində də bakılıların böyük üstünlüyü var - 32:11. İlk dövrədə Bakıda baş tutan qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı. Elə Zaqataladakı görüşdə də hansısa komandanın ciddi üstünlüyünün olduğunu demək çətindir.

Çempionatın autsayderinə çevrilən “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gələcək. Rəqiblərin yubiley - 30-cu dueli ərəfəsində paytaxtın eyniadlı təmsilçisinin cüzi üstünlüyü var. "Zolaqlılar" indiyədək 9 qələbə qazandıqları halda, 8 dəfə də uduzublar. 12 qarşılaşmada da tərəflər meydanı 1 xalla tərk ediblər. “Xəzər Lənkəran” qələbə sayında tarazlıq yaratmağa, “Bakı” isə 10-cu dəfə 3 xal əldə etməyə yaxındır. Cənublular son qarşılaşmada böyük hesabla qalib gəlsə də, 5 ildir səfərdə qələbə qazanmır. Belə ki, bakılılar evdəki son 8 qarşılaşmada yenilməyib. Top fərqində isə cənublular üstündürlər - 32:29. "Xəzər Lənkəran"ın ilk dövrədə keçirilmiş oyunda 4 cavabsız qolla qalib gəldiyini də xatırladaq.

Son ölkə çempionu “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq. Qəbələlilər Ağdam klubu ilə son 7 oyunda xal qazana bilməyiblər. Bu qələbə seriyasının son 3 görüşündə ağdamlılar qol da buraxmayıb. Ümumilikdə isə 26-cı duel öncəsi “Qarabağ” böyük üstünlüyə malikdir - 13 qələbə. 5 dəfə "Qəbələ" 3 xala sevindiyi halda, 7 qarşılaşmada da sülh qeydə alınıb. Top fərqi də Qurban Qurbanovun komandasının xeyrinədir - 35:21. Ağdamlılar Avroliqadakı çıxışını bəxtsiz şəkildə başa vurduğundan ola bilər ki, qonaqlar psixoloji baxımdan bu oyuna hazır olmasınlar və meydan sahibləri bundan yararlansın. Amma məsələ burasındadı ki, "Qəbələ"də də buna oxşar vəziyyət var. Uğursuz gedişatın məntiqi nəticəsi olaraq Dorinel Muntyanu istefa verib və hazırda komandanın baş məşqçisi yoxdur. Bu üzdən də sözügedən komandaların duelində kimin güləcəyi maraqla gözlənilir. İlk dövrədəki oyunda "Qarabağ" 2:0 hesabıyla üstün olmuşdu.

Nəhayət, turun qapanış matçında “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. 10-cu dəfə qarşılaşacaq komandaların oyunlarında “Neftçi”nin üstünlüyü var - 5 qələbə. 1 dəfə heç-heçəyə razılaşan tərəflərin duellərində 3 dəfə də "Sumqayıt" qələbəni bayram edən tərəf olub. Öz meydanındakı 4 qarşılaşmada cəmi 1 dəfə uduzan “ağ-qaralar” top fərqində daha böyük fərqə nail olub - 21:10. Lakin “Sumqayıt” son iki səfər matçında rəqibinə uduzmayıb. Baxmayaraq ki, ilk dövrədəki oyunda "Neftçi" minimal hesablı qələbəyə sevinmişdi.

Topaz Premyer Liqası
16-cı tur

13 dekabr (şənbə)

“Simurq” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. Saat 17:00.
 
14 dekabr (bazar)

“Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu. Saat 14:00.
 
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu. Saat 15:00.
 
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bakcell Arena”, 17:00.
 

1Qarabağ1384123-1328
2İnter1366122-424
3Neftçi1365215-823
4Xəzər Lənkəran1353519-1618
5Simurq1452719-1917
6Qəbələ1335515-2114
7Sumqayıt1342716-2114
8AZAL1334614-2313
9Bakı1323810-289
10Araz Naxçıvan00000-00

Bombardirlər:
8
- Mikel Alvaro (“İnter”).
6 - Nurlan Novruzov ("Bakı"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
5 - Draqan Çeran ("Simurq").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.