12 dekabr 2014 18:50
Ayzek Donkor: Sayılmayan qol barədə heç nə deyə bilmərəm
İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Ayzek Donkor Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Baş məşqçinin tapşırıqlarına uyğun oynamağa çalışdıq. Mançiniyə minnətdaram ki, mənə də özümü göstərmək şansı yaratdı. Çətin oyun oldu. Sayılmayan qol barədə heç nə deyə bilmərəm. Bu oyunu dostlarıma və qız rəfiqəmə həsr edirəm".
