12 dekabr 2014 18:40
Qarabağ Avropa Liqasında 17 klubu qabaqladı
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsini 6 xalla 3-cü pillədə başa vurdu. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu göstəricisinə görə 48 iştirakçı arasında 31-ci olub.
Təmsilçimizin qabaqladığı 17 iştirakçı bunlardır: "Apollon" (Kipr), HİK (Finlandiya), "Kopenhagen" (Danimarka), "Asteras", "Panatinaikos" (hər ikisi Yunanıstan), "Partizan" (Serbiya), "Dinamo" (Xorvatiya), "Astra" (Rumıniya), "Eştoril", "Rio Ave" (hər ikisi Portuqaliya), "Sent-Etyen", "Lill" (hər ikisi Fransa), "Standard" (Belçika), "Krasnodar" (Rusiya), "Slovan" (Slovakiya), "Metallist" (Ukrayna), "Dinamo" (Belarus).
