12 dekabr 2014 17:20
Robert Prosineçki iki oyun izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində iki oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis dekabrın 14-də, saat 14:00-da, “Bakı”-nın təlim-məşq bazasının stadionunda keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" və saat 17:00-da, “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” oyununu izləyəcək.
