12 dekabr 2014 17:00
Kazbek Tuayev: Qarabağın qolunun sayılmamasına təəccüblənmədim
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağdamlıların son dəqiqələrdə vurduğu qolun hakimlər tərəfindən sayılmamasından danışmaq belə istəmirəm. Təəssüf ki, ötən gecə bizim günümüz deyildi. Düzünü desəm, bu, məni təəccübləndirmədi. Həyatımda çox şey görmüşəm. Alınmadı. İrəli baxmaq lazımdı. "Qarabağ"a da belə bir avrokubok mövsümü yaşatdığına görə təşəkkürlər! Həyat davam edir. Onlara növbəti dəfə çempion olmağı və yeni avrokubok mövsümündə də uğurlar arzulayıram".
