12 dekabr 2014 16:50
Emil Balayev: Ayntraxt böyük ehtimalla tezliklə Neftçi ilə əlaqə saxlayacaq
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsini tərk edib, vətənə qayıdır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ayntraxt" hələ mənimlə bağlı heç bir konkret qərar qəbul etməyib. Böyük ehtimalla onlar tezliklə klubumla əlaqə saxlayacaqlar".
Qeyd edək ki, Balayev noyabrın 26-dan etibarən Almaniya klubunun düşərgəsində idi.
