12 dekabr 2014 16:10
Andreolli: Hakimə topun bizim oyunçunun ayağından getdiyini bildirsəm də, o məni dinləmədi
İtaliyanın "İnter" klubunun futbolçusu Marko Andreolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
“Qolun sayılmadığını bildiyim an hakimə yaxınlaşaraq təkidlə topun bizim oyunçunun ayağından getdiyini bildirsəm də, o məni dinləmədi. Oyundan sonra paltardəyişmə otağında sizin baş məşqçiyə də bildirdim ki, sizin haqlı qolunuz sayılmadı. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram”.
