12 dekabr 2014 15:50
Tahir Gözəl: Futbolçularla mükafat barədə söhbətimiz olmayıb
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, hələ komanda üzvləri ilə mükafat barədə söhbət etməyiblər. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında aşağıdakıları söyləyib:
"Mən Qurban Qurbanovla söhbət etməliyəm. Ondan sonra mükafatlar barədə qərar qəbul edəcəyik. Hazırda məhdud büdcəmiz var. Klub özünə yeni baza inşa etdirir".
