12 dekabr 2014 15:10

Tahir Gözəl: Bu, təsadüfi səhv olmasa da, əlimizdə sübut yoxdur

Bu gün "Qarabağ"ın bazasında jurnalistlər üçün mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirilmiş oyunda təmiz qolun sayılmamasına həsr olunan tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov iştirak edib.

Tahir Gözəl çıxışında bunları qeyd edib: "Həmin epizodu biz oturduğumuz yerdən aydın görmək çox çətin idi. Amma sonradan hər şeyi detallarına qədər görmək şansımız oldu. Hakim təmiz qolu saymadı. "Qarabağ" dekabrın 15-də keçiriləcək püşkatmada olmalıydı. Mütləq UEFA-ya şikayət edəcəyik. Bu, nəticəyə təsir etməsə də belə, haqq-ədalət öz yerini tapmalıdır. Çünki bizim tarixi qələbəmizi əlimizdən aldılar.

"Qarabağ" bundan sonra da avrokuboklardakı çıxışını davam etdirəcək. Biz yüksək yerlər uğrunda mübarizə aparacağıq. Əgər belə bir haqsızlıqla Milan "İnter"i üzləşsəydi, əminəm ki, hər şey tam fərqli olardı.

Belə səhvlər təsadüfi olmur. Amma bizim əlimizdə sübut yoxdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.