12 dekabr 2014 14:50
Kravçenko: Qarabağ təmiz qol vurmuşdu
Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Sergey Kravçenko "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə vurduğu təmiz qolun sayılmamasına təəccübləndiyini bildirib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Qarabağ"la "İnter"in heç-heçə oynadığını eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Bəxtimiz gətirdi. Amma sonradan "Qarabağ"ın vurduğu qolu gördüm. Təmiz qol idi! Hakimin onu niyə saymadığını anlamadım. Prinsipicə, bəxtimiz gətirdi".
Xatırladaq ki, Kravçenko bir neçə il öncə "Qarabağ"da da oynayıb.
