12 dekabr 2014 13:00
Elxan Məmmədov: Biz hələ uzun müddət bu hadisəni müzakirə edəcəyik
AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdiyi oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox təəssüf ki, hər şey belə alındı. Qələbəyə bu qədər yaxın idik. Bu, əsl trillerdir. Biz hələ uzun müddət bu qərarı müzakirə edəcəyik. Başa düşə bilmirəm ki, qapı arxasında dayanan hakim həmin vaxt hara baxırdı. Axı o, baş hakimə deyə bilərdi ki, top "İnter"in oyunçusundan tora daxil olmuşdu".
