12 dekabr 2014 01:00

Rəşad Sadıqov: Sayılmayan qol olmasaydı, bəlkə də bu qədər məyus olmazdıq

Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Son saniyələrdə vurduğunuz qolun sayılmaması ilə bağlı nə deyə bilərsiz?
- Riçard Almeydanın zərbəsindən sonra bir anlığa növbəti mərhələyə adladığımızı düşündüm. Amma görünür, qismət deyilmiş.

- Komanda bunu necə qarşıladı?
- Oyundan sonra hamı dilxordu. Hakimin niyə belə hərəkət etdiyini hələ də başa düşə bilmirik. Hamı sevinərkən mən baş hakimə baxım. O, təxminən 10-15 saniyə yan xətt hakiminə baxıb ondan qərar gözləyirdi. Ondan bir neçə dəfə niyə belə qərar qəbul etdiyini soruşdum.

- Yəqin ki, bunu unutmaq çox çətin olacaq...
- Bəli. Çünki bir də nə vaxt belə imkan ələ düşəcəyini bilmirik. Mümkündü ki, mən hətta karyeramda bir daha bunu yaşaya bilməyəcəm. Nə deyəcəyimi bilmirəm. Qələbə qazanmaq üçün hər şeyi etdik. Oyundan öncə hamı rəqibin ikinci heyətlə oynayacağını deyirdi. Biz də zədəlilərimizin çox olması səbəbindən yarımmüdafiədə müdafiəçi oynadırdıq. Hamı "Qarabağ"ın braziliyalılardan asılı olduğunu deyirdi. Amma bu gün meydanda cəmi bir braziliyalı var idi.

- Oyun barədə nə deyə bilərsiz?
- Fikrimcə, ağıllı futbol oynadıq. Bilirdik ki, "İnter"in üzvləri baş məşqçiyə özlərini göstərməyə çalışacaqlar. Səliqəli müdafiə olunmağa, əks-hücumda oynamağa çalışdıq. Yaxşı qol vəziyyətlərimiz də oldu. Bəlkə də son saniyələrdəki qol olmasaydı, biz növbəti mərhələyə çıxa bilməməyimizə bu qədər təəssüflənməzdik. Bunu unutmaq üçün bəlkə də illər lazım gələcək. Hətta "İnter"in futbolçusu da etiraf etdi ki, həmin epizodda qol var idi.

- Oyun zamanı "Dnepr" - "Sent-Etyen" matçının nəticəsindən xəbəriniz var idi?
- Ukrayna klubunun qol vurduğunu bilən kimi hücuma atıldıq. Sonradan fransızların hesabı bərabərləşdirdiyini eşitdik. Hətta azarkeşlər də sevindilər. Amma hesabın dəyişmədiyi dəqiqləşən kimi yenidən irəli getdik, qol vurduq... Uşaqlar sağ olsunlar. Məncə, bu oyun Avroliqadakı çıxışımız dövründə ən yaxşı idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.