12 dekabr 2014 00:50
Kampanyaro: Qarabağa görə məyusam
İtaliyanın "İnter" klubunun futbolçusu Uqo Kampanyaro Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Çox çətin oyun oldu. Qol epizodlarının sayı elə də çox deyildi. Mənə elə gəlir ki, bu gün hər iki komanda qalib gələ bilərdi. Sayılmayan qol epizodu? Epizodun videotəkrarına baxmamışıq. Amma orada ofsayd yox idisə, "Qarabağ"ın mərhələ adlaya bilməməsinə görə çox məyusam".
