12 dekabr 2014 00:30
Leroy Corc: Biz heç qola sevinə də bilmədik
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Leroy Corc Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bizim bu oyunla bağlı böyük ümidlərimiz var idi. İkinci hissədə müəyyən üstünlüyümüz oldu. Qol vurmağı bacardıq, amma hakim onu saymadı. Biz heç qola sevinə də bilmədik. Ola bilər ki, bizdə nəsə düz getmədi. Amma biz bütövlükdə Avroliqada pis çıxış etmədik. Artıq çempionat barədə düşünməliyik".
