12 dekabr 2014 00:20
Rəşad Sadıqov: Hətta rəqib oyunçu da qol olduğunu etiraf etdi
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bir an düşündüm ki, artıq qalib gəldik. Amma görünür, qismət deyilmiş. Baş hakim sadəcə bilmirdi qolu hesaba alsın, ya yox. O, bir neçə dəfə yan xətt hakimi ilə qol olub-olmaması ilə bağlı mübahisə etdi. Hətta "İnter"in oyunçusu da etiraf etdi ki, qol var idi. Çox təəssüf".
