11 dekabr 2014 23:50
Qara Qarayev: Ofsayddan əsər-əlamət də yox idi
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Sonadək mübarizə apardıq. Uğur qazanacağımıza ümidli idik. Sonda qol da vurduq. Amma hesaba alınmadı. Niyəsini bilmirəm. Əgər ofsayd səbəbindən qeydə alınmadısa, orada ofsayddan əsər-əlamət də yox idi. Bəlkə də bu qədər zədəlimiz olmasaydı, hər şey bizim üçün daha uğurlu alınardı".
