11 dekabr 2014 23:25
Tahir Gözəl: Epizodun təkrarına baxıb, qərar qəbul edəcəyik
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Komandamız çox yaxşı oynadı. Sonadək mübarizə apardı. Bu gün Azərbaycan xalqı başını dik tutmalıdır. Biz Avroliqadakı mübarizəmizi bundan sonra da davam etdirəcəyik. Ofsayd epizoduna gəlincə, olduğum yerdən hər şeyi dəqiqliklə görmək olmurdu. Həmin epizodun təkrarına baxıb, lazım olan qərarları qəbul edəcəyik".
