11 dekabr 2014 23:15
Roberto Mançini: Təəssüf ki, Qarabağ növbəti mərhələyə adlaya bilmədi
İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Yaxşı matç oldu. Biz də yaxşı oynadıq, "Qarabağ" da. Gözəl komandanız var. Çox təəssüf ki, növbəti mərhələyə vəsiqə qazana bilmədilər.
"Qarabağ"ın qol vurduğu epizodda ofsayd var idimi? Futbolda hər şey olur. "Qarabağ" ələ düşən imkanları dəyərləndirə bilsəydi, hər şeyi həll edə bilərdi".
