Zanetti Qarabağ - İnter oyununa gələn gürcü fanatlara təşəkkür etdi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan çempionu "Qarabağ"la İtaliya "İnter"i arasındakı oyunu izləmək üçün Bakıya qonşu Gürcüstandan xeyli azarkeş gəlib. Azerisport.az xəbər verir ki, onlar Milan təmsilçisinin Gürcüstandakı fan-klubunun üzvləridir.
Onlar həm "İnter"in dünən baş tutan oyun öncəsi son məşqində, həm də bir neçə dəqiqədən sonra başlayacaq qarşılaşmanı tribunadan izləyiblər. Gürcülər hətta "İnter"in karyerasını başa vurmuş əfsanəvi futbolçusu, hazırda klubun vitse-prezidenti vəzifəsində çalışan Xavyer Zanettiyə sevgilərini göstərən plakat da açıblar. Zanetti isə öz növbəsində onlara təşəkkürünü bildirib.
Xatırladaq ki, "İnter"in Gürcüstandakı fan-klubunun üzvləri iki il öncə Bakıda keçirilmiş milanlıların "Neftçi" ilə oyununda da ölkəmizə gəlmişdilər.
