Namaşko: Azərbaycanda hətta autsayderlə oyunlarda da qapıçının işi çox olur
Moldova Azərbaycana futbol AZAL-ın qapıçısı Stanislav Namaşko Azərbaycan çempionatındakı çıxışından danışıb. Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında bunları söyləyib:
"Klubda hər şey normaldır. Xüsusi problem yoxdur. Artıq həm ölkəyə, həm də çempionata da uyğunlaşmışam. Oyun təcrübəsi baxımından da problem yoxdur. Azərbaycan və Moldova çempionatları arasında fərqlər var. Azərbaycanda bütün komandalar açıq futbolu sevir. Maliyyə baxımından da Moldova çempionatı bu ölkəyə böyük ölçüdə uduzur. Hətta elementar futbol şəraiti demək olar ki, bütün klublarda mövcuddur. Fikrimcə, burada həm də hansı klubda çıxış etməyin böyük önəm daşıyır. Azərbaycan çempionatında hətta ən kiçik klublarla da oyunlarda qapıçıların işi çox olur. Çünki bütün klublar açıq futbola üstünlük verirlər".
