Vladislav Qədirov: İnterin ikinci heyətlə gəlməsi bizi arxayınlaşdırmamalıdır
Azərbaycanlı futbol mütəxəssisi Vladislav Qədirov "Qarabağ"ın İtaliya "İnter"i ilə Avroliqa oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ Premyer Liqada çalışdığım dönəmdə də "Qarabağ"ın oyununa simpatiyam var idi. Çünki bu komanda oyun üslubuna görə mənə çox yaxın idi. Hətta bizdə də oxşar futbol üslubunda oynamağa üstünlük verilirdi. Ağdamlılar əvvəllər belə nəticələr qazana bilməsə də, xalqın rəğbətini qazana bilmişdilər. "Qarabağ"ın "İnter"lə oyunda uğur qazanmaq şansı var. Oxumuşam ki, Mançini əsas heyətin bəzi üzvlərini Bakıya gətirməyib. Amma onların ikinci heyətlə gəlməsi arxayınlaşmağımıza əsas vermir. Bu futbolçular özlərini göstərmək istəyirlər. Hər halda yekun nəticənin bizim xeyrimizə olacağını düşünürəm".
