11 dekabr 2014 15:40
Jonatan: Çox şey Qarabağdan asılıdır
Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Jonatan Brizon Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Ukrayna "Dnepr"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz qələbəyə acıq. İnanıram ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Amma bilirik ki, hər şey bizdən asılı deyil. Çox şey "Qarabağ"dan asılıdır. Onlar doğma meydanda "İnter"lə qarşılaşacaqlar. Qrupdan çıxmaq şansımız böyük deyil. Amma hərdən nə baş verəcəyini bilmək olmur".
