11 dekabr 2014 15:30

Şahin Diniyev: Qarabağın İnterə qalib gəlməsi mümkündür

Məşqçilər Şurasının üzvü, veteran futbolçu Şahin Diniyev azərisport.az saytına müsahibəsində Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək "Qarabağ" - "İnter" görüşü barədə danışıb. Diniyev Azərbaycan çempionunun uğur qazanacağına inandığını deyib:

"Qarabağ" artıq maksimum nəticə göstərib. Bu gün azarkeşlərin qələbə arzulaması normaldı. Ağdam təmsilçisi gözəl oyunuyla fanatların rəğbətini qazanıb. Niyə də olmasın? Bu gün "Qarabağ"ın qələbəsi mümkündür. Əlbəttə, bunun üçün mümkün qədər dəqiq və səhvsiz oynamaq lazımdır. Komandamız necə oynamağı gözəl bilir. Rəqib güclü olsa da, biz də zəif deyilik. Komandamızın uğur qazanacağına inanıram".

Diniyev "Qarabağ"ın heyətində ən çox Reynaldonun oynamayacağına görə təəssüfləndiyini qeyd edib: "Reynaldonun olmaması oyuna təsir edə bilər. Bu halda Vüqar Nadirovdan çox şey asılı olacaq. Ümumiyyətlə "Qarabağ" komanda oyunu göstərir. Məhz buna görə də uğur qazanır. "İnter"in təqdimata ehtiyacı yoxdu. Biz qələbəni daha çox istəməliyik. Rəqibin ikinci heyətlə gəlməsini söyləyənlərlə razılaşmıram. Hər bir komanda mövsümün əvvəlində siyahıya daxil etdiyi futbolçularla müqavilə imzalayır. Bu gün birinci və ya ikinci heyət yoxdu. "İnter"in futbolçusu hər zaman futbolçudu. İstənilən heyətlə olsa belə "İnter" elə "İnter"di".

Ukraynada keçiriləcək "Dnepr"-"Sent Etyen" matçına gəlincə Şahin Diniyev həmin oyun haqda düşünməməyi məsləhət gördü: "Biz gərək başqasının bizim üçün nəsə edəcəyini gözləməyək. Taleyimiz öz əlimizdədir. Bundan istifadə etmək lazımdır. Sözsüz son matç asan olmayacaq. Amma əgər düzgün və dəqiq oynasaq sevinmək imkanımız var. "Qarabağ"ın tarixi uğura imza atmağa imkanı var. Belə şans hər dəfə olmur".

Veteran futbolçu pley-offa çıxmaq şanslarımızın digər iki komandayla bərabər olduğunu dedi: "Hər iki oyun heç-heçə başa çatsa yenə biz sevinirik. Bu mənada gərək öz oyunumuzu göstərək. Bakıya gələn rəqib futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Buna görə mütləq sona qədər oynamaq lazımdır. "Qarabağ"ın artıq müəyyən təcrübəsi var. Buna görə də öz gücümüzə inanmaq və oyunumuzu göstərmək vacibdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.