11 dekabr 2014 15:00
Vidadi Rzayev: Qarabağ hər kəsin arzusunu gerçəkləşdirəcək gücdədir
Futbol veteranı Vidadi Rzayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün Azərbaycan futbolunda tarixi gündür. Azərbaycan çempioni yeni tarix yaza bilər. İnanıram ki, "Qarabağ" buna nail olacaq gücdədir. Düzdür, ağdamlılar İtaliya klubuna qarşı oynayacaqlar. Amma iki il öncə "Neftçi" "İnter"lə "Cüzeppe Meatsa"da sensasiyaya imza atmağı bacarmışdı. Növbə "Qarabağ"ındır. Komandamız təcrübəlidir və ustalıq səviyyəsi yüksəkdir. Onlar milyonların arzusunu gerçəkləşdirəcək gücdədirlər".
