11 dekabr 2014 14:10
Yunis Hüseynov: Qarabağa İnterin ikinci heyəti ilə oynamaq daha çətin olacaq
Azərbaycanlı futbol mütəxəssisi, "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a uğurlar arzulayıram. Ağdamlılar "İnter"ə qalib gələcək gücdədilər. Onların bunu bacaracağına inanıram. Rəqibin əsas və ya ikinci heyətlə oynaması vacib deyil. Əksinə, "İnter"in ikinci heyəti ilə oynamaq daha çətin olacaq".
