11 dekabr 2014 13:55
Qonçarenko ilə Petev Qəbələdə işləməyəcək
"Qəbələ" yeni baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, klub bir neçə mütəxəssislə danışıqlar aparır.
Həftə sonuna qədər klub rəhbərliyi namizədlərin siyahısını müəyyənləşdirəcək və onlarla konkret danışıqlara start verəcəklər.
Bölgə təmsilçisi Viktor Qonçarenko ilə maraqlansa da, belaruslu mütəxəssis Odessada özünə yeni iş yeri tapıb. Qəbələlilər yayda maraqlandıqları İvaylo Petevlə də danışıq aparmayacaq.
