11 dekabr 2014 13:45
Mahmud Qurbanov: İnter istənilən heyətlə güclüdür
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "İnter" matçı haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliya futbolu haqda danışmağa ehtiyac yoxdur. "İnter" istənilən heyətlə güclüdür. Ora dəvət olunan futbolçu zəif olmur. Bu mənada komandamıza dəstək olmalıyıq. Azərbaycan çempionundan qələbə gözləyirəm. İndi elə məqam gəlib ki, hamı uğur gözləyir. Bununla belə qrup mərhələsində layiqli oyununa görə komandamıza təşəkkür düşür. Son matçda da "Qarabağ"a inanırıq. Qələbə qazanmağımız mümkündür, amma çətindir".
