11 dekabr 2014 13:20
Xorvatiyalı forvard Premyer Liqamızda çıxış edə bilər
Xorvatiyalı hücumçu Edin Yunuzoviç karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, bunu Qazaxıstan mətbuatına açıqlamasında bəyan edib:
"Danışıqları mənim agentim aparır. Eşitmişəm ki, Azərbaycan və Qazaxıstan variantları var. Cənubi Koreya da istisna deyil. Nə vaxt konkret təklif olsa, menecerim mənə xəbər verəcək".
