11 dekabr 2014 13:00
Niko Kovaç: Prosineçkinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına çox sevindim
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç Robert Prosineçkinin Azərbaycan millisinin sükanı arxasına keçməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Prosineçkinin təyinatına çox sevindim. O, öz komandasına yeni ideyalar gətirə biləcək. Ona yeni komandası ilə xallar toplamağı arzulayıram. Eyni zamanda da öz komandama".
