11 dekabr 2014 12:45

RAİ: Qarabağ üçün son oyun çox vacibdir

İtaliyanın RAİ kanalı Avroliqanın qrup mərhələsinin son turunda "Qarabağ" - "İnter" matçıyla əlaqədar süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə Azərbaycan çempionunun son oyuna xüsusi hazırlaşdığı qeyd olunub.

"İtaliya komandası üçün son matç o qədər önəmli deyil. Roberto Mançininin gəlişindən sonra bir qədər dəyişən neradzura artıq pley-offdadır. Deməli, Bakıdakı oyunun nəticəsi vacib deyil. Buna görə də "İnter" Azərbaycana uzun yolu 1 gün əvvəl qət etməyi qərara alıb. Bir gün əvvəl paytaxt Bakıya gələcək "İnter" cəmi 1 məşq edəcək.

Heyətə gəldikdə Mançini əsas heyətdən 4 futbolçunu səfərə aparacaq. Əsas məqsəd son oyunlarda meydanda olmayan futbolçuları yoxlamaqdır. Çünkı, qışda komandanı bəziləri tərk edə bilər. "İnter"dən fərqli olaraq Azərbaycan çempionu "Qarabağ" üçün bu oyun tarixinin ən vacibidir. Komanda ilk dəfə pley-offa çox yaxınlaşıb. Əgər "İnter" üçün Avroliqanı qazanmaq uğur sayılacaqsa, "Qarabağ" üçün qrupdan çıxmaq böyük nəticə olacaq. Komandanın heyətində əsas futbolçular Braziliyadan dəvət olunub. Onların çoxu zədəlidir. Komandaya azərbaycanlı məşqçi Qurban Qurbanov başçılıq edir.

"Qarabağ" ev oyunlarını Bakıdakı ən böyük stadionda keçirir. 32 min azarkeş həmin arenada bütün oyunlarda komandanı dəstəkləyir. Cari mövsüm "Qarabağ" çox uğurlu çıxış etdiyi üçün komanda Azərbaycanın ən sevimli klubuna çevrilib. Son çempionat matçında "Qarabağ" "Neftçi" ilə 0-0 oynayıb. Bu "Neftçi" 2 il əvvəl "İnter"lə San Siroda 2-2 oynayıb. O zaman da neradzura artıq pley-offa çıxmağı həll etmişdi.

"Qarabağ" - "İnter" matçı hər iki komanda üçün çətin olacaq. Azərbaycan çempionu növbəti mərhələyə çıxmağı arzulayır. "İnter"in futbolçuları isə özlərini sübut etmək istəyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.