Hakim Qarabağın Avropa Liqasındakı çıxışına son qoydu
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.
Həlledici turda "Qarabağ" doğma meydanda İtaliya təmsilçisi "İnter"lə qarşılaşıb. Ağdam klubu səfərdə məğlub olduğu bu rəqibinə mütləq qalib gəlməliydi. Çünki komandamızın növbəti mərhələyə vəsiqə qazanmaq üçün buna çox ehtiyacı vardı. Baxmayaraq ki, qrupun digər oyununda heç-heçə alınacağı halda da Ağdam klubu 1 xal qazanmaqla növbəti mərhələyə yüksələ bilərdi. Komandamız bu görüşün son saniyələrində Riçard Almeyda ilə qol vursa da, hakimlər təmiz qolu hesaba almayıblar. Nəticədə, "Qarabağ" Avroliqadakı çıxışını başa vurmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Dnepr" "Sent-Etyen"i qonaq edib. Görüş Ukrayna klubunun minimal hesablı qələbəsiylə başa çatıb. Nəticədə pley-offa "İnter"lə "Dnepr" adlayıb.
Avropa Liqası
F qrupu
11 dekabr
Qarabağ - İnter 0:0 (0:0)
Sarı vərəqə: N.Ələsgərov, 18.
Hakimlər: Miroslav Zelinka, Andrey Pelikan, Jiri Molaçek, Antonin Kordula.
Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (Çex Respublikası).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
Qarabağ: İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov (7. Namiq Yusifov, 43), 99. Namiq Ələsgərov (18. İlqar Qurbanov, 60).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 30. Xuan Pablo Karrizo, 6. Marko Andreolli (k), 14. Uqo Kampanyaro, 25. İbrahima Mbaye, 33. Danilo D`Ambrozio (93. Federiko Dimarko, 84), 54. İsaak Donkor, 20. Joel Obi (92. Enriko Baldini, 90+1), 44. Rene Krhin, 90. Yann Mvila, 7. Pablo Osvaldo, 97. Federiko Bonatsoli.
Ehtiyat oyunçular: 95. Davide Kosta, 46. Tommazo Berni, 24. Qyaçomo Skiaçça, 96. Andrea Palatsi.
Baş məşqçi: Roberto Mançini.
