10 dekabr 2014 21:20
Danilo D`Ambrozio: Bakıya gəzməyə gəlməmişik
İtaliyanın "İnter" klubunun müdafiəçisi Danilo D`Ambrozio Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Əsas heyət oyunçularının hamısının bizimlə olmamasına baxmayaraq, Bakıya gələnlər də bura gəzinti üçün təşrif buyurmayıb. Azarkeşlərimizə göstərmək istəyirik ki, biz də "İnter"də oynamağa layiqik".
