10 dekabr 2014 21:10
Federiko Bonatsoli: Mənim və komanda yoldaşlarımın təcrübəsi azdır
İtaliyanın "İnter" klubunun hücumçusu Federiko Bonatsoli Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Təkcə mənim yox, komandamızdakı digər futbolçuların da təcrübəsi azdır. "Qarabağ"la sabahkı oyuna pozitiv köklənmişik. Əsas komanda ilə birgə olmaqdır. Əgər mən sabahkı oyunda mütləq qol vurmalı olduğum haqda düşünsəm, bu, mənə pis təsir edə bilər. Komanda oyunu, nəticə qazanmağınız barədə düşünmək lazımdır".
