10 dekabr 2014 20:05
Nemanya Vidiç Qarabağa qarşı oynamayacaq
İtaliyanın "İnter" klubunun serbiyalı müdafiəçisi Nemanya Vidiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən futbolçunun Bakı səfəri öncəsi xəstələnməsidir.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
