AÇ-nin Bakıda keçiriləcək oyunlarının vaxtı açıqlandı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaların keçiriləcəyi stadion və oyunların başlanma vaxtı müəyyənləşib:
Həmin oyunların proqramını təqdim edirik:
17 mart 2015-ci il
Saat 15:00. Portuqaliya – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Saat 19:00. Xorvatiya – Azərbaycan
Bakcell Arena
19 mart 2015-ci il
Saat 15:00. Serbiya – Xorvatiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Saat 19:00. Portuqaliya – Azərbaycan
Bakcell Arena
22 mart 2015-ci il
Saat 19:00. Xorvatiya – Portuqaliya
“Bakı” FK-nın Təlim-Məşq Bazası
Saat 19:00. Azərbaycan – Serbiya
Bakcell Arena
