Tahir Gözəl: Qarabağ qrupdan çıxmaq şansından yararlanmalıdır
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sabah bizi çox vacib və tarixi əhəmiyyətə malik oyun gözləyir. Bu oyuna tam hazır olmalıyıq. Əminəm ki, "Qarabağ" hər kəsi sevindirəcək. Qrupdan çıxmaq şansımız var və bundan istifadə etməliyik. "Qarabağ"ın uğuru bütün ölkənin uğurudur. Bu uğur uzun illər ərzində çəkilən zəhmətin bəhrəsidir və artıq növbəti uğurun yaxınındadır".
Gözəl komandanın qrupdan çıxacağı halda hansı mükafata sahib çıxacağından da söhbət açıb: "Qrup mərhələsini qələbə ilə başa vurmağın özü elə bir uğurdur".
Vitse-prezidentin sözlərinə görə, azarkeşlərin bu oyuna marağı onu sevindirir: "Yaxşıdır ki, xalqın marağı var və bilet alırlar. Biz də biletlərin kassalardan alınmasına nəzarət etməyə çalışmışıq. Əminəm ki, sabah anşlaq olacaq".
