10 dekabr 2014 18:55
Riçard Almeyda: Qarabağ İnterlə oyuna hazırdır
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropa Liqasındakı ilk oyun günümüzdən etibarən bütün görüşlərə ciddi hazırlaşmışıq. Bu dəfə də elədir. Komanda hazırdır. Sabah hər kəsi yaxşı nəticə ilə sevindirmək istəyirik. Reynaldonun yoxluğu təbii ki, bizim üçün ciddi itkidir. Amma bizim onu layiqincə əvəz edə biləcək başqa futbolçularımız da var. Əminəm ki, belə də olacaq".
