10 dekabr 2014 18:45
Ramin Musayev: Tuyqun Nadirovun Klublar Komitəsinin sərdi seçilməsinə normal baxıram
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün baş tutan AFFA Klublar Komitəsinin ilk iclası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublara təklif etdim ki, ölkədə futbolun inkişafına nail olmaq üçün birinci divizion klublarını da yaddan çıxarmasınlar. Klublar Komitəsinin rəhbər seçimi zamanı isə mən və AFFA-nın baş katibi Elxan Məmmədov otağı tərk etmişdik. Klublara təklif etdik ki, sədri özləri seçsinlər. Artıq söhbətlərin yaranmasını istəmirik. Tuyqun Nadirova gəlincə, mən ona və sədr seçilməsinə müsbət yanaşıram".
