10 dekabr 2014 18:35

Qurban Qurbanov: İnter əsas heyətlə oynasaydı, daha yaxşı olardı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Planlarımızda dəyişikliklər var. Komanda mətbuat konfransından sonra məşq etməyəcək. Uşaqlar "Neftçi" ilə oyunda çox güc itiriblər. Başqa meydanda məşq etmişik. Komanda sadəcə, stadiondakı atmosferlə tanış olacaq.

- "İnter"lə oyundan nə gözləyirsiz?
- Bizi çətin və vacib oyun gözləyir. Hər şeyi düzgün etməyə çalışırıq. Bütün komanda bu oyunun məsuliyyətini dərk edir. Çox istərdik ki, sabah azarkeşlər stadionu yaxşı əhval-ruhiyyədə tərk etsinlər. Hər şeydən çox evdə məğlub olmaq istəmirik. Güclü rəqibə qarşı oynayacağıq. Oyuna tam hazırıq. Rəqib Roberto Mançininin gəlişindən sonra dəyişilib. Bu üzdən ola bilər ki, onlar sabah tam fərqli taktika ilə meydana çıxa bilərlər ki, bu da bizim üçün pisdi.

- Bədavi Hüseynovla Reynaldo oynayacaq?
- Reynaldo oynamayacaq. Bədavi isə bu gün məşq etdi. Amma onun da oynayacağı tam dəqiq deyil. Hər şeyə sabah aydınlıq gələcək.

- Rəqib heç də əsas heyətlə gəlməyib. Bu, işinizi asanlaşdırır?
- Bu, əksinə futbolçularımıza mane ola bilər. Əminəm ki, rəqibin meydana çıxacaq hər bir futbolçusu yaranan şansdan maksimum yararlanmağa, özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Biz bu barədə düşünməməyə çalışırıq. "İnter" əsas heyətlə oynasaydı, daha yaxşı olardı. Çünki həmin futbolçuları tanıyırıq. Bu oyuna maksimum köklənmək üçün rəqibin heyəti barədə düşünmürük.

- "Qarabağ"ın sabah tarixinin ən mühüm oyununa çıxacağını demək olar?
- Əvvəlki oyunlarımıza baxanda, belə demək olar. Amma qrup mərhələsindəki hər bir rəqiblə oyun bizim üçün önəmlidi. Bu oyun isə qarşıya qoyulan hədəfə çatmaq baxımından həlledicidir.

- Qrupdan çıxandan sonra sizdən Avroliqanın qalibi olmağı da tələb edə bilərlər. Buna hazırsınız?
- (gülür) Gəlin qrupdan çıxaq, ondan sonra nə istəsələr, tələb edərlər. Sabah bizə heç-heçə də bəs edə bilər. Amma meydana qələbə üçün çıxacağıq. "İnter" sıradan rəqib deyil. Azərbaycan və İtaliya futbolunu, çempionatını müqayisə etsək, böyük fərqlərin olduğunu görərik. Belə bir rəqiblə heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Amma bir halda ki, Ukraynadakı oyunda da oxşar nəticə qeydə alınsın.

- Bir qulağınız da "Dnepr" - "Sent-Etyen" oyununda olacaq?
- Hər iki qulağımız burada olacaq (gülür). Ola bilər ki, oyunun sonlarında bu barədə düşünək. Amma tam olaraq öz oyunumuzu düşünməyimizi istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.