10 dekabr 2014 16:36

Böyükağa Hacıyev: Qurban Qurbanov artıq gözləniləndən maksimum nəticə göstərib

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində "Qarabağ"ın son oyundakı şansları, Məşqçilər Şurasındakı işi barədə danışıb.

- Avroliqanın son turunda "Qarabağ"ın rəqibi İtaliyanın "İnter" klubu olacaq. Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsiniz?
- "İnter" Bakıya ikinci heyətlə gəlsə belə şanslarımızı yüksək qiymətləndirməyək. "Qarabağ" Avropa Liqasında ölkəmizi layiqincə təmsil etdi. Amma son oyunda rəqibin İtaliya təmsilçisi olduğunu unutmayaq. İstənilən heyətlə neradzura güclüdür. Onların Bakıya gələcəyi heyət qələbə üçün alışır. Həmin futbolçular özlərini Roberto Mançiniyə göstərmək istəyir. Çünki, qış transfer pəncərəsində Mançini dəyişiklik edəcək. Bakıya gələn futbolçular isə özlərini göstərməklə "İnter"də qalmaq istəyəcəklər. Şansımız var, amma matçın necə başa çatacağını söyləmək çətindir.

- Bu gün "Qarabağ" pley-offa çıxa bilər. Reynaldo, Çumbinyo, Dias olmadan bu mümkündürmü?
- Qurban Qurbanovun məşqçilik bacarığına inanıram. Rəqibi yaxşı təhlil edəcək. Azarkeşlərimiz komandanı dəstəkləyəcək. "İnter"lə inamlı oynasaq yaxşı nəticə qazana bilərik. Təəssüf ki, qrupdakı digər oyundanda çox şey asılıdır. Bununla belə indi pley-offa düşmək barədə deyil, komandamızın oyununu düşünməliyik. "Qarabağ"a inanıram, fikrimcə futbolçularımız maksimum oyunlarını göstərməyə çalışacaq.

- Sizin "Neftçi" ilə oynadığınız "İnter" güclü idi, yoxsa Bakıya gələcək komanda?
- "Neftçi"nin oynadığı "İnter" əsas heyətlə mübarizə aparırdı. Həmin heyətdə 6 futbolçu əsas heyətdən idi. Həmin "İnter" daha güclü idi. "Qarabağ"a qarşı oynayacaq heyətdən məlumatım azdır. Lakin rəqibə zəif və ya ikinci heyətlə gəlir demək olmaz. "İnter" istənilən heyətlə "İnter"dir.

- "İnter" Bakıya oyundan 1 gün əvvəl gəlir. Bu amil oyuna ciddi yanaşmaması deməkdi?
- Hazırda Mançinini A seriyası maraqlandırır. Komanda ölkə çempionatında pis çıxış edir. Avroliqada artıq qrup mərhələsini adlayıblar. Ona görə A seriyası daha vacibdir. Bu o demək deyil ki, Mançini üçün "Qarabağ"la oyun vacib deyil. O kifayət qədər təcrübəli və özünü sübut edən məşqçidir. Əminəm ki, Mançini Bakıda qələbəyə oynayacaq.

- "Qarabağ"ın 5 oyundan sonra Avropa Liqasında çıxışı barədə hansı fikirdəsiniz?
- Azərbaycan çempionu qədərindən artıq nəticə qazandı. Qurban Qurbanov gözləniləndən maksimum xal topladı. "Qarabağ" 5 xalla qrupda ikincidir. Üstəlik ilk dəfə səfərdə qələbə qazandılar. Son oyunun nəticəsindən asılı olmayaraq Avroliqadakı çıxışları yaxşı alındı. Azarkeşləri gözəl oyunla sevindirdilər.

- "Qarabağ" "Neftçi"nin uğurlarını təzələdi. Ağdam təmsilçisi 5 xal topladı, ilk səfər qələbəsini əldə etdi...
- Bu amillər məni yalnız sevindirir. İlk dəfə Avropa Liqasına azərbaycanlı məşqçinin rəhbərliyi altında vəsiqə qazandıq. Bu gün Avropada uğur qazanan "Qarabağ"ın baş məşqçisidə həmyerlimiz Qurban Qurbanovdur. Çox sevinirəm ki, uğurlarımız məhz öz məşqçimiz yeniləyir. Bu bir daha məşqçilərimizin gücünü göstərir.

- Məşqçilər Şurasının üzvü kimi Aslan Kərimov, Nikolay Adamla görüşləriniz oldu. Hansı məsələlər müzakirə edildi?
- Biz onlardan 2015-ci il üçün planı istədik. Hazırlıq planı ilə tanış olmaq istərdik. Onların təlim-məşq vaxtları və məkanlarını öyrəndik. Yəqin, Məşqçilər Şurasından bir nəfər aşağı yaş qrupları üzrə yığmaların təlim-məşqlərini izləyəcək. Onlara dedik ki, işlərinə müdaxilə etmək fikrimiz yoxdu. Sadəcə nəzarət etmək və daha yaxşı olması üçün məsləhətlərin verilməsi mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.