10 dekabr 2014 11:00
Qəbələ Bakının 2 oyunçusuna göz dikib
"Qəbələ" "Bakı"nın iki futbolçusunun xidmətində maraqlıdır. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi paytaxt klubunun gənc üzvləri Nuran Qurbanovla Nurlan Novruzovu heyətinə qatmaq istəyir.
Artıq klub rəsmiləri sözügedən futbolçularla danışıqlara start verib. Qışda bu transferlərin rəsmiləşməsi istisna deyil.
