9 dekabr 2014 17:15
Sergen Yalçın: Prosineçki Azərbaycandan başqa Avropada heç kimə lazım deyil
Türkiyənin veteran futbolçusu Sergen Yalçın Robert Prosineçkinin Azərbaycan yığmasına baş məşqçi təyin olunmasını tənqid edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Prosineçki Türkiyədə yaxşı məşqçi oldu. Amma ona kim iş təklif etdi? Azərbaycan. Bəs o, əvvəllər harada işləyib? "Srvena Zvezda"da. Balkan ölkələrindən və Azərbaycandan başqa o, Avropada heç kimə lazım deyil. Biz əcnəbiləri şişirtməyi xoşlayırıq".
