9 dekabr 2014 16:55

Bilyaletdinov: Abışovun Azərbaycanda medallar uğrunda yarışması daha yaxşıdır, nəinki Rusiyanın ortabab klubunda oynaması

Rusiyanın "Rubin" klubunun baş məşqçisi Renat Bilyaletdinovun azerisport.az saytına müsahibəsi

- Ruslan Abışovun "Rubin"ə qayıtmasının təşəbbüskarı kimdir?
- Biz yanvarda ona baxmaq istəyirik. Hazırda isə o, "Qəbələ"də icarədədir.

- Siz Abışovun qayıtmasını istəyirsiniz?
- Bizə güclü futbolçular lazımdır. Klubumuza məxsus olan bütün futbolçuları sınaqdan keçirəcəyik.

- Ruslanın "Qəbələ"dəki çıxışını izləyirsiniz?
- Sizi aldatmaq istəmirəm: mənim icarədə olan futbolçuları izləmək üçün vaxtım yoxdur. İstənilən halda, yanvarda mən digər futbolçular kimi, Abışovu da sınaqdan keçirəcəyəm.

- Bəs onun "Rubin"in əsas heyətinə düşmək şansı var?
- İndi bu barədə danışmaq çətindir. Hər şeyə təlim-məşq toplanışı zamanı aydınlıq gələcək. Hazırda baxmalı olduğumuz xeyli futbolçu var. Özünü yaxşı tərəfdən göstərməyi bacaran hər kəs əsas heyətdə oynamaq şansı qazanacaq. Amma bu, qarşıdakı günlərin işidir.

- Abışov yenə ümidinizi doğrultmasa, onun Azərbaycanda qalmasını məsləhət görəcəksiniz, yoxsa Rusiya klublarında?
- Mənə elə gəlir ki, nəyinsə uğrunda mübarizə aparan komandalarda çıxış etmək daha yaxşıdır. Azərbaycan çempionatının səviyyəsi ilə o qədər də yaxşı tanış deyiləm. Klublarınızı yalnız Türkiyədəki təlim-məşq toplanışları zamanı görmüşəm. Onlar sürətlərinə və texnikalarına görə fərqlənirlər. Ruslana da məsləhət görərdim ki, Rusiyanın ortabab klublarında oynamaqdansa, Azərbaycan çempionatında medallar uğrunda mübarizə aparsın. Əsas sabit oynamaqdır.

- Azərbaycan yığmasında kimi tanıyırsınız?
- Cavadovu. Soyadını düz dedim? Rusiya yığmasına qol vurmuşdu. Yaxşı oyunçudur.

- Onu "Rubin"də görmək istəmirsiz?
- Yox, yox (gülür). Sadəcə, fikrimi bildirdim. Biz hələ kimləri götürəcəyimizə qərar verməmişik. Həm də Rusiya Futbol İttifaqının legioner limiti ilə əlaqədar qərarını gözləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.