9 dekabr 2014 16:20
Öncə Qurban Qurbanov, sonra Roberti Mançini
UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək Azərbaycan çempionu "Qarabağ"la İtaliya "İnter"i arasındakı oyundan öncə hər iki komandanın baş məşqçisinin mətbuat konfransının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov media əhli ilə saat 18:00-da görüşəcək.
Bundan iki saat sonra (20:00) isə qonaqların baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.
