9 dekabr 2014 16:00
Sənan Qurbanov: Dorinel Muntyanunun transferləri adaptasiya ola bilmədi
"Qəbələ"nin müvəqqəti baş məşqçisi təyin olunan Sənan Qurbanov Dorinel Muntyanunun istefasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yəqin ki, mənim müvəqqəti baş məşqçi təyinatım sabah rəsmiləşəcək. Qarşıda "Qarabağ"la oyun var. Uşaqları həmin oyuna hazırlaşdırmalıyıq. Çalışacağıq ki, belə bir vəziyyətdə yaxşı oyun göstərək, müsbət nəticə qazanaq. Muntyanunun istefasına gəlincə, elə bir vəziyyət yaranmışdı ki, o, getməliydi. Rumınuyalı mütəxəssis Azərbaycan futboluna uyğunlaşa bilmədi. Onun transferləri, xüsusilə ölkəmizə gətirdiyi legioner futbolçular da adaptasiya ola bilmədi. Muntyanu həmin futbolçulara güvənirdi, amma onlar istəniləni vermədilər. Ümid edirəm ki, bundan sonra daha yaxşı oynayacaqlar".
